Əlaqə Arxiv
news Image
2016.06.01
18:07
| A A A
Fondun "Azərsu" ASC ilə birgə keçirdiyi müsabiqənin nəticələri açıqlandı

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və "Azərsu" ASC -nin birgə təşkil etdikləri "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Mükafatlandırma mərasimi "Azərsu" ASC-nin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilib. Tədbirdə "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, Fondun icraçı direktoru Vüqar Səfərli, habelə ölkənin 30-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə əsaslı yenidənqurmadan çıxmış Kompleksin fəaliyyəti, habelə Ceyranbatan su anbarından əhaliyə verilən suyun təmizlənmə prosesi ilə tanış olublar.

Tədbiri giriş sözü ilə açan "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qonaqları salamlayaraq son illər əhalinin keyfiyyətli su ilə təminatı sahəsində kompleks tədbirlərin həyata keçirildiyini, bu sahədə müasir infrastruktur və texnologiyaların tətbiq edildiyini diqqətə çatdırıb. Q.Hüseynov 2015-ci ilin oktyabr ayında istifadəyə verilmiş Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin texniki imkanlarına görə dünyada mövcud olan analoji nəhəng qurğularla birgə ilk dördlükdə qərarlaşdığını bildirib. "Azərsu" ASC-nin sədri Samur-Abşeron kanalından qidalanan Ceyranbatan su anbarının, eləcə də sutəmizləyici qurğular kompleksinin Sumqayıt şəhərinin və Abşeron yarımadasının içməli su ilə təchizatında böyük paya malik olduğunu qeyd edib.

Q.Hüseynov daha sonra Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin ölkənin su təsərrüfatının müasirləşdirilməsi və əhalinin içməli suya tələbatının ödənilməsi istiqamətində görülən işlərin ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. Sədr müsabiqənin nəticələri barədə ətraflı danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Tədbir iştirakçılarını salamlayan Vüqar Səfərli media nümayəndələrinin iştirakı ilə Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində keçirilən tədbiri jurnalistlərin sözügedən müəssisənin fəaliyyəti, suyun təmizlənməsi prosesi, habelə burada quraşdırılmış müasir qurğularla əyani tanışlığı baxımından yüksək dəyərləndirib. V.Səfərli iyun ayının 5-nin ölkəmizdə "Su təsərrüfatı və meliorasiya işçiləri günü" kimi qeyd olunduğunu diqqətə çatdıraraq "Azərsu" ASC-nin rəhbərliyini və çoxsaylı kollektivini media nümayəndələri adından qarşıdan gələn peşə bayramı münasitilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.

İcraçı direktor Fondun təşkilatçılığı ilə 2016-cı il martın 31-də KİV rəhbərlərinin "Azərsu" ASC-də görüşünün keçirildiyini, aprel ayının 1-də isə "Əhalinin içməli su təminatı: görülmüş işlər, real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqənin elan edildiyini diqqətə çatdırıb. V.Səfərli bildirib ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda su

təsərrüfatının inkişafı və infrastrukturun yenidənqurulması sahəsində həyata keçirilən tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyini stimullaşdırmaq, jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və sosial vəziyyətlərini yaxşılaşdırmaq olub.

İcraçı direktor aprelin 1-dən may ayının 20-dək keçirilən müsabiqəyə 51 fərdi jurnalist tərəfindən yazının təqdim olunduğunu bildirib: "Yazılar Fondun 3 nəfər eksperti, o cümlədən "Azərsu" ASC-ni təmsil edən ekspert tərəfindən qiymətləndirilib: Müsabiqənin elanında göstərilmiş şərtlərə əsasən, 6 nəfər jurnalistə əsas, 10 nəfərə isə həvəsləndirici mükafatların verilməsi qərara alınmışdı. Lakin müsabiqəyə təqdim olunan yazıların çoxluğu, habelə jurnalistlərin zəhməti nəzərə alınaraq, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovla əldə olunmuş razılığa əsasən, həvəsləndirici yerlərin sayı daha 5 ədəd qaldırıldı. Eyni zamanda, nisbətən az bal toplamış 19 nəfərin 100 manat məbləğində mükafatlandırılması qərara alındı".

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib (Qaliblərin siyahısı aşağıdakı cədvəldə təqdim olunur).

Sonda qalibləri təbrik edən icraçı direktor V.Səfərli eyni zamanda media ilə səmərəli əməkdaşlığa görə "Azərsu" ASC-nin rəhbərliyinə təşəkkürünü bildirib.

Tədbiri yekunlaşdıran "Azərsu" ASC-nin sədri Q.Hüseynov qurumun media ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Fondun rəhbərliyinə, eləcə də müsabiqədə iştirak edən jurnalistlərə təşəkkürünü bildirərək belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

№ Yerlər Müəllifin adı Müəllifin işlədiyi KİV Orta bal

1. I yer Quluyeva Zülfiyyə Telman qızı "Mövqe.az" saytının müxbiri 21,3

2. II yer Quliyev Mirbağır Baloğlan oğlu "Xalq qəzeti"nin müxbiri 20,6

3. II yer Bağırov Rəşad Bağır oğlu "İki sahil" qəzetinin baş redaktor müavini 20,6

4. III yer Cəfərova Aygün Əzizağa qızı "Kaspi" qəzetinin müxbiri 20

5. III yer İsmayılov Nadir Nəbi oğlu "Yeni Azərbaycan" qəzetinin şöbə redaktoru 20

6. III yer Quliyev Namiq Abbasqulu oğlu "Bakı-Xəbər" qəzetinin müxbiri 19,3

7. Həvəsləndirici Bağırova Nurəngiz Adil qızı "Respublika" qəzetinin müxbiri 18,6

8. Həvəsləndirici Xəlilova Tamilə Xəlilovna "Kaspiy" qəzetinin müxbiri 18,6

9. Həvəsləndirici Məmmədli Səxavət Musa oğlu "Həftə içi" qəzetinin bölgə müxbiri 18,6

10. Həvəsləndirici Məmmədov Seymur Fərhad oğlu "Day.az" İnformasiya Agentliyinin baş redaktor müavini 18,6

11. Həvəsləndirici Salahov Mətləbəli Bayraməli oğlu "Səs" qəzetinin müxbiri 18

12. Həvəsləndirici Əliyev Vüqar Mükafat oğlu "Mədəniyyət" qəzetinin redaktoru 18

13. Həvəsləndirici Hüseynzadə Fuad Abı oğlu "Palitra" qəzetinin müxbiri 18

14. Həvəsləndirici Əhmədov Anar Məsub oğlu "Olimpiya dünyası" qəzetinin şöbə müdiri 18

15. Həvəsləndirici Bayramov Mübariz Ramiz oğlu "Mövqe" qəzetinin müxbiri 18

16. Həvəsləndirici Şahverdiyev Cavid Nadir oğlu " Xalq Cəbhəsi " qəzetinin müxbiri 17,6

17. Həvəsləndirici Nəsirov Rauf Yədulla oğlu "Bakinskiy raboçi" qəzetinin şöbə müdiri 17,6

18. Həvəsləndirici Məmmədov Namiq Məmməd oğlu "Ekspress" qəzetinin müxbiri 17,6

19. Həvəsləndirici İsmayılbəyli Süleyman Nəbi oğlu "Olaylar" qəzetinin müxbiri 17,3

20. Həvəsləndirici Nəsibova Xanım Hopal qızı "Kür" qəzetinin müxbiri 17,3

21. Həvəsləndirici Xankişiyeva İlhamə Əbülfət qızı "Teleqraf.com" saytının müxbiri 17,3

22. Həsənov İsgəndər Aqil oğlu "525-ci qəzet"nin redaktoru 17

23. Məmmədova Mətanət Qüdrət qızı "Mingəçevir" qəzetinin müxbiri 17

24. Əliyev Seymur Telman oğlu "Hürriyyət" qəzetinin müxbiri 17

25. Əyyubov Ceyhun Rasim oğlu "Səs İnformasiya Agentliyi"nin şöbə müdiri 17

26. Zülfüqarova Hüsniyyə Zülfüqar qızı "Təhsil Problemləri" qəzetinin şöbə müdiri 17

27. Rəhimov Təbriz Kamal oğlu "Həftə içi" qəzetinin redaktoru 17

28. Əhədov Ehtibar "Aşkarlıq" qəzetinin baş 16,6

Əliağa oğlu redaktoru

29. Səfərova Samirə Məmmədhənifə qızı "Bakı-Xəbər" qəzetinin baş redaktor müavini 16,6

30. Vəliyev Fariz Əhməd oğlu "Mövqe" qəzetinin şöbə müdiri 16,6

31. Sultan Rüfət Nadir oğlu "Mövqe" qəzetinin müxbiri 16,6

32. Məmmədova Aynurə Kamil qızı "Ekspress" qəzetinin müxbiri 16,6

33. İbrahimov Əli Zülfüqar oğlu "Xalq Cəbhəsi" qəzetinin müxbiri 16,3

34. Əliyev Məhərrəm Ağalar oğlu "İki Sahil" qəzetinin müxbiri 16,3

35. Abdullayev Məsayim Hacıxan oğlu "Xalq qəzeti"nin müxbiri 16,3

36. Namazov Elçin Sabir oğlu "İki Sahil" qəzetinin bölmə müdiri 16,3

37. Məmmədova Xəyalə Rəis qızı "Kaspi" qəzetinin müxbiri 16,3

38. Abdullayev Ayyət Əhməd oğlu "Şərq" qəzetinin müxbiri 16,3

39. Həsənov Əlisəfa Aqaxan oğlu "Respublika" qəzetinin bölgə müxbiri 16,3

40. İsgəndərov Araz Qurban oğlu "The Business Times" qəzetinin müxbiri 16

41. Mehtiyeva Məhbubə Avtandil qızı "Türküstan" qəzetinin müxbiri 15,6

42. Abdullayev Mübariz Əhməd oğlu "Yeni Azərbaycan" qəzetinin müxbiri 15,6

43. Sarıyeva İradə Murad qızı "Bakı-Xəbər" qəzetinin müxbiri 15,6

44. Cəlilova Günel İsa qızı "Bakı-Xəbər" qəzetinin müxbiri 15

45. İsmayılova İlahə İbad qızı "Mingəçevir" qəzetinin müxbiri 15

46. Vəkilova Fərqanə Allahverdi qızı "Bizim xəbər" saytının redaktoru 14,6

47. Quliyeva Zəkurə Qüdrət qızı "Qarabağ" qəzetinin müxbiri 14,6

48. Xudaşov Vidadi Xudayar oğlu "Bakı-Xəbər" qəzetinin müxbiri 14

49. Hakıyeva Səadət Zifi qızı "Olimpiya dünyası" qəzetinin şöbə müdiri 14

50. Mustafayeva Ləman Mustafa qızı "Lent.az" xəbər agentliyi 13,3

51. İsrafilov Orxan Vahid oğlu "İki Sahil" qəzetinin bölmə müdiri 13,3

Sizin Reklam Yeriniz