Əlaqə Arxiv
news Image
2016.06.02
11:17
| A A A
Müəllimlərə təzə xəbər

Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin bir rayondan (şəhərdən) digərinə dəyişdirilməsi üzrə müsabiqə başlayıb. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, müsabiqədə iştirak etmək istəyən namizədlər, www.miq.edu.az saytına, eləcə də Təhsil Nazirliyinin rəsmi internet saytında (www.edu.gov.az) "Müəllimlərin işə qəbulu" səhifəsinə daxil olmaqla, qanunvericilik üzrə zəruri sənədlər, təlimatlar (elektron ərizənin doldurulması üçün video təlimat və təlimat, test suallarının cavablandırılması üçün təlimat), müsabiqə materialları (müsahibə proqramı, test nümunələri, simulyativ test) və vakansiyalar ilə tanış ola bilərlər.  Namizədlər qeydiyyatdan keçərək elektron ərizə doldurmalıdırlar. Elektron ərizələrin qəbulu 12 iyun tarixinədək aparılacaq. Qeyd edək ki, müsabiqənin keçirilməsi qaydalarında bir sıra dəyişikliklər edilib. Belə ki, ötən illərdən fərqli olaraq, bu il müsabiqə çərçivəsində vakant yerlərin seçimi test imtahanlarından sonra aparılacaq. Namizədlərə 4 vakant yer seçmək imkanı verilib.


Sizin Reklam Yeriniz