Əlaqə Arxiv
news Image
2016.06.02
17:58
| A A A
“Elm haqqında” qanun layihəsi üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub

Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsi "Elm haqqında" qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxarıb. Movqe.az-ın məlumatına görə, Parlamentdən APA-ya verilən xəbərə görə, qanun layihəsini təqdim edən komitə sədri İsa Həbibbəyli bildirib ki, sənəd ikinci oxunuşdan sonra daha da təkmilləşdirilib: "İşçi qrup, əlaqədar dövlət qurumları, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsi və ekspertlər komitənin üzvləri ilə birgə qanun layihəsi üzərində ciddi iş aparıblar. Sənəd üzərində düzəliş aparılmış maddələr şərh edildikdən sonra komitədə müzakirəyə çıxarılıb".

Müzakirədə Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev, deputatlarŞəmsəddin Hacıyev, Gövhər Baxşəliyeva, Musa Qasımlı, Kamilə Əliyeva, Ülviyyə Ağayeva, Ağacan Abiyev və Sona Əliyeva rəylərini diqqətə çatdırıblar. Müzakirələrin yekununda "Elm haqqında" qanun layihəsi üçüncü oxunuşda parlamentin plenar iclasına tövsiyə olunub.

Sizin Reklam Yeriniz