Əlaqə Arxiv
news Image
2016.06.02
18:15
| A A A
Merkel: Almaniya və Türkiyəni çox şey birləşdirir

"Biz, tərəfdaşların tarix ilə necə işləməyin lazım olduğu barədə yenidən danışa bilmələri üçün hər şey edəcəyik".

Almaniya Türkiyə ilə bütün sahələrdə əməkdaşlığı dəstəkləməyə hazırdır, ayrı-ayrı məsələlər üzrə fikir ayrılığı mövcud olasa da, iki ölkəni çox şey birləşdirir. Movqe.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Berlində NATO-nun baş katibi Yens Stoltenberq ilə mətbuat konfransında Almaniyanın kansleri Angela Merkel bildirib. "Mən NATO-nun baş katibinin qarşısında bildirmək istərdim ki, Almaniya və Türkiyəni çox şey birləşdirir. Ayrı-ayrı məsələlər üzrə fikir ayrılığı mövcud olsa da, dostluğumuzun və strateji münasibətlərimizin dərinliyi çox genişdir, bura müdafiə məsələlərindən başlayaraq çox şey daxildir. Buna görə də mən və federal hökumət 101 il bundan öncə baş vermiş məsələlər üzrə Ermənistan və Türkiyə arasında dialoqun irəliləməsinə vasitəçilik etmək istərdik, biz tərəfdaşların tarix ilə necə işləməyin lazım olduğu barədə yenidən danışa bilmələri və alman-türk münasibətlərinin bütün aspektlərdə dəstəklənməsi üçün hər şey edəcəyik", - kansler deyib.

Sizin Reklam Yeriniz