news Image
2016.06.03
09:30
| A A A
Könüllü tibbi sığorta edənlərin böyük narazılığı
Xəyal Məmmədxanlı: “Vətəndaşlar proqrama nələrin daxil olduğuna əvvəlcədən baxmalıdırlar” Adil Qeybulla: “Könüllü tibbi sığorta icbari tibbi sığortadan sonrakı mərhələ sayılır”

Azərbaycanda könüllü tibbi sığortadan istifadə edənlər də var. Lakin insanların çoxu xidmətdən narazı olduqlarını ifadə edirlər. Şikayətlər isə əsasən bəzi xidmətlərin çatışmamasındandır. Belə ki, pasiyentlər klinikaya müraciət edəndə bir çox xidmətlərin sığorta paketinə daxil olmadığını deyirlər.

Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bu məsələdə vətəndaşları günahlandırır: "Tibbi sığorta müqaviləsi alarkən sığorta təminatına daxil olan hallar var. Yəni, sığorta proqramları bir-birindən fərqlidir. Təminatına görə ən sadəsindən, ən mürəkkəbinə kimi proqramlar mövcuddur. Proqrama nə qədər çox xidmət daxildirsə, sığorta haqqı o qədər yüksək olur.

Bir çox xəstəliklər, tibbi xidmətlər sığorta təminatına daxil deyil. Məsələn, xroniki, dəri-zöhrəvi, irsən keçən xəstəliklər, psixi pozuntular sığortaya daxil edilmir. Ona görə də sığorta müqaviləsi alan zaman insanların onun sığorta təminatına diqqət etmirlər. Sonra xəstəxanada məlum olur ki, şəxsin xroniki xəstəliyi var imiş. Yaxud da sığorta paketinə daxil olmayan xidmətlərdən yararlanmaq istəyir. Yəni, sığorta şirkəti onları aldatmır. Sadəcə olaraq, vətəndaşlar proqrama nələrin daxil olduğuna əvvəlcədən baxmalıdırlar".

Ekspert qeyd etdi ki, bu gün Azərbaycanda 4-5 cür sığorta paketi təqdim olunur: "Ən sadəsinin qiyməti 200 manatdan başlayırsa, ən mürəkkəbinin qiyməti 800 manatdır. Ən sadə paketdə dərman təminatı, ambulator kömək, təcili yardım olursa, ən müərəkkəb paketlərə sanatoriya, fizoterapiya, doğuş, uşağa qulluq kimi xidmətlər daxildir. Yəni, qiymət nə qədər artırsa, təminat da bir o qədər genişlənir. Adətən, sığorta məbləği 15-50 min manat arasında dəyişir. Yəni, bir il ərzində insan tibbi xidmətlərə o qədər pul xərcləyə bilər. Problem ondan ibarətdir ki, bizdə insanlar təimnatı oxumurlar. Müqavilə ilə tanış olmurlar. Çünki, tibbi sığortanı adətən şirkətlər öz əməkdaşları üçün edir. İnsanlar özləri pul versələr, bəlkə də müqavilə ilə tanış olarlar. Həmin paketdən istifadə edəndə isə nəticədə bir çox xidmətlərin bura daxil olmadığını görürlər".

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, Azərbaycanda könüllü tibbi sığorta çox aşağı səviyyədədir: "Yalnız müəyyən şirkətlərin işçiləri sığortalanıb. Onlar da Azərbaycan qanunları ilə tənzimlənmir. Şirkətin daxili işi kimi həyata keçirilir.

Könüllü tibbi sığorta icbari tibbi sığortadan sonrakı mərhələ sayılır. O, elə bir iqtisadi inkişaf səviyyəsidir ki, insanlar könüllü olaraq müəyyən tibbi xidmətləri sığortalaya bilərlər. Bu, sığortanın geniş yayılmayan formasıdır. İcbari tibbi sığorta isə insanların sosial müdafiəsinin formasıdır. Yəni, hamı üçün zəruridir. Əslində, əhalinin bütün kateqoriyalarını əhatə edir. Könüllü tibbi sığortanı isə istənilən vətəndaş könüllü şəkildə edə bilər. Lakin icbari tibb sığortası olmadan könüllü tibbi sığortadan söhbət gedə bilməz. Vətəndaş icbari tibbi sığorta paketinə daxil olmayan digər prosesləri özü sığortalaya bilər. Məsələn, biznesmenlər, gəlirləri çox olan şəxslər bunu edirlər".

Professor əlavə etdi ki, əgər icbari tibbi sığortanın Azərbaycanda tətbiqindən söhbət gedirsə, birinci onun əsası, mexanizmi hazırlanmalıdır: "İcbari tibb sığortasının bütün maliyyə mənbələri müəyyən edilməlidir. İcbari tibb sığortasının maliyyə mənbələri dövlət vəsaitidir. Bizdə isə hazırda deklorasiya, insanların əmək haqqı məsələləri ilə bağlı xeyli problemlər həllini tapmayıb. İctbari tibbi sığortanın bütün vətəndaşlara şamil olunması çox vacibdir. Heç olmasa təxirəsalınmaz təcili məsələləri, bəzi çekaplar ora daxil edilsə, yaxşı olardı. Amma təəsüflər olsun ki, bununla bağlı ortada sistem yoxdur" .

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs