news Image
2016.06.03
12:00
| A A A
ADNSU-da “Thomson Reuters”-in Web of Sciencilə bağlı treninqlərin iştirakçılarına sertifikat verildi

İyunun 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Thomson Reuters"-in Web of Sciencilə iş, metodologiya, əməkdaşlıq əlaqələri və digər istiqamətlərlə bağlı alimlərə bilgilərin verilməsi məqsədilə aparılan treninqlərə yekun vurulub. Rusiyanın "Thomson Reuters" jurnal seriyasının Təhsil proqramları şöbəsinin müdiri Valentin Boqorovun iştirakı ilə keçilən treninqlərin yekununda rektor, professor Mustafa Babanlı, Valentin Boqorov, Elm və Texnika işləri üzrə prorektor, texnika elmləri doktoru Rauf Əliyarov, treninqə qatılan alimlər və digər nümayəndələr iştirak ediblər. Treninqlərdə aktiv iştiraka görə 25 alim sertifikatla təltif olunub. Sertifikatların 15-i ADNSU alimlərinin, qalan 10-u isə Texniki Universitet, Xəzər İniversiteti və Azərbaycan Diplomatik Akademiyasından olan alimlərin payına düşüb. Rektor M.Babanlı treninqlərə qatılan alimlərə minnətdarlığını ifadə edərək, bu prosesdə iştirak edən hər bir elm adamına uğurlar diləyib. O, bu cür treninqlərin alimlərin dünya arenasına çıxmaları üçün geniş imkanlar açdığını qeyd edib və yeni tədris ilindən başlayaraq keçilən treninqlərin müsbət nəticələr göstərəcəyinə əmin olduğunu vurğulayıb. V.Boqorov MDB üzrə 4 ölkədə, eləcə də Azərbaycanda, xüsusilədə öz nüfuzu ilə dünyada tanınan AZİ - ADNSU-da həyata keçirilən bu proqramın uğurla başa çatdığını və davamlı olacağını bildirib. V.Boqorov ölkəmizdə yüksək elmin inkişafı üçün potensialın olması ilə bağlı fikirlərini qeyd edib və gələcəkdə də bu qəbildən olan proqramların həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib. Bu layihənin həyata keçirilməsində göstərdiyi təşkilatçılığa və dəstəyə görə ADNSU rektoruna, eyni zamanda, təhsil müəssisələri ilə belə bir əməkdaşlığın qurulmasına görə təhsil naziri Mikayıl Cabbarova öz təşəkkürünü ifadə edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs