Əlaqə Arxiv
news Image
2016.06.03
13:25
| A A A
Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, dolu düşəcək

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, dolu düşəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu Abşeron yarımadasında gecə 17-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.


Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-55 faiz təşkil edəcək.


 

Azərbaycanda dolu yağma halları 10 dəfəyədək artıb

İyunun 4-5-də Abşeron yarımadasında meteoroloji amillərin əsasən normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olacaq.


Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 16-21 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz