Əlaqə Arxiv
news Image
2016.06.04
12:00
| A A A
Facebook-da daha bir YENİLİK

Facebook şirkəti "Deeptext" adlı süni intellekt sistemini istifadəyə verib.


Movqe.az lent.az-a istinadən bildirir ki, yeni sistem səhifədəki yazıları və istifadəçilərin mesajlarını təhlil edəcək, həmçinin müxtəlif əməliyyatlar təklif edəcək.


Məsələn, istifadəçi öz səhifəsində qabyuyan maşının satışı barədə elan yerləşdirmək istəsə, "Deeptext" süni intellekt sistemi məhsulların satışı üçün nəzərdə tutulmuş xüsusi yazı tipi yaratmağı təklif edəcək.


"Deeptext" sistemi həm də "Messenger" proqramında mesaj mübadiləsi üçün daha geniş imkanlar təklif edəcək. Məsələn, əgər istifadəçi səfər etmək zərurəti haqqında yazsa, sözügedən süni intellekt sistemi bu məlumatı Facebook-un botuna ötürəcək və sonuncu istifadəçiyə taksi çağırmağı təklif edəcək.


"Deeptext" süni intellektinin əsas vəzifələrindən biri kontentin fərdiləşdirilməsidir. Facebook kompüter təlimindən istifadə etməklə istifadəçilərin maraq dairəsini daha yaxşı anlamaq və onlara müvafiq kontent təklif etmək niyyətindədir.


Digər bir mühüm məsələ istifadəçiləri sosial şəbəkənin digər iştirakçılarının təhqir və aqressiv davranışından müdafiə etməkdir. "Deeptext" yalnız mətn mesajlarında deyil, həm də şəkillərdə aqressiyanı ayırd edə bilir.


Süni intellekt sistemi 1 saniyə ərzində 20 dildə bir neçə min yazını təhlil edə bilər. Məlumat üçün bildirək ki, hər saniyədə "Facebook" sosial şəbəkəsində təxminən 6700 yazı və 2100 şərh generasiya edilir. Lakin yazışmaların robot tərəfindən oxunulması istifadəçilərin narazılığına səbəb ola bilər.


2016-cı ilin mayında mesajların tərkibinin oxunması və sosial şəbəkə istifadəçilərinin bir-biri ilə mübadilə etdikləri istinadların skan edilməsinə görə "Facebook" şirkətinə qarşı kollektiv iddia qaldırılıb.

 

Xatırladaq ki, Mark Zukerberqin şirkəti süni intellektin öyrənilməsi üzrə üç laboratoriya inşa edib. Sonuncu belə laboratoriya 2015-ci ilin iyununda Parisdə açılıb.

Sizin Reklam Yeriniz