Əlaqə Arxiv
news Image
2016.06.03
18:30
| A A A
İstanbulda Beşinci Dünya Türk Forumu keçirilir

Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin (TASAM) himayədarlığı ilə İstanbulda Beşinci Dünya Türk Forumu keçirilir.

Forumda müxtəlif türk dövlətlərindən və digər ölkələrdən tanınmış alimlər, diplomatlar və ictimai xadimlər iştirak edirlər. Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) bu tədbirin tərəfdaşlarından biridir.

Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin sədri Süleyman Şensoy və TürkPA-nın baş katibi Jandos Asanov iyunun 2-də Forumun açılışında çıxış ediblər.

J.Asanov çıxışında Prezident Nursultan Nazarbayevin təşəbbüsü ilə yaradılan TürkPA-nın türkdilli ölkələr arasındakı əməkdaşlığın əsl parlament ölçüsünə çevrildiyini vurğulayıb. TürkPA-nın fəaliyyəti haqqında məlumat verən baş katib üzv dövlətlərdən Azərbaycan, Qazaxıstan və Qırğızıstanı müstəqilliklərinin 25-ci ildönümü münasibətilə təbrik edib. Baş katib türk xalqlarının bir-birilərinin dillərinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Türkdilli ölkələr arasında əlaqələrin dərinləşdirilməsinə yönəlmiş səylərinə görə TürkPA-nın baş katibi Jandos Asanov TASAM-ın "Qızıl Alma" diplomu ilə təltif edilib.

İyunun 2-də TürkPA-nın baş katibi tərəfindən Beşinci Dünya Türk Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib.

Sizin Reklam Yeriniz