news Image
2016.06.04
18:30
| A A A
Dünya azərbaycanlıları beynəlxalq ictimaiyyəti Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırır

Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə müraciət ediblər.


Movqe.az-ın məlumatına görə, müraciətdə 28 ildir davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də həll edilməməsindən dərin narahatlıq ifadə edilib.


Qeyd olunub ki, Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində törədilən hərbi təxribatlar nəticəsində günahsız mülki şəxslər həlak olur, yaşayıs məntəqələri, təhsil ocaqları, ictimai binalar dağıdılır, münaqişə zonasında yerləşən tarixi abidələr, habelə ərazinin flora və faunası vəhşicəsinə məhv edilir.


Qurultay nümayəndələri müraciətdə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, münaqişənin sülh yolu ilə nizamlanması üçün dünya ictimaiyyətini, beynəlxalq təşkilatları, xarici ölkələrin hökumət rəhbərlərini və parlamentlərini Ermənistan rəhbərliyinə təzyiq göstərməyə çağırıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs