Əlaqə Arxiv
news Image
2016.06.06
11:05
| A A A
Əcnəbilər bu gündən Azərbaycan ərazisində viza ala bilərlər

Əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza alması ilə bağlı yeni prosedur qüvvəyə bu gündən minib.

 

Movqe.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket"in nümunəsi barədə qərarında əksini tapıb.

 

Ərizə-anketdə pasportda olduğu kimi soyad, ad, cins, doğum tarixi (gün, ay, il), doğum yeri (şəhər, ölkə), vətəndaşlıq barədə məlumat əksini tapmalıdır.

 

Şəxsin vətəndaşlığının dəyişib-dəyişməməsi barədə məlumatı (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığı göstərməlidir) da ərizə-anketdə göstərməlidir. Ərizə-anketdə pasportun seriyası, Azərbaycan Respublikasında qalma müddəti (gün), səfərin məqsədi, ərizə-anketi qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) tam adı, ünvanı və telefon nömrəsi də əksini tapmalıdır.

Sizin Reklam Yeriniz