Əlaqə Arxiv
news Image
2016.06.06
12:48
| A A A
Birinci sinfə qəbulda yaranmış problemlə bağlı- BŞT açıqlama

Bakı məktəblərinə 1-ci sinfə elektron qəbul əsasında www.mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçən uşaqların çoxunun valideyni məktəb seçə bilmədiyi üçün sənədləri aidiyyatı məktəbə təqdim edə bilmirlər. Bakının onlarla məktəbində birinci siniflərə uşaq qəbuluna yer olmadığı üçün həmin məktəblərə www.mektebeqebul.edu.az saytı vasitəsilə məktıb seçmək mümkün deyil. www.mektebeqebul.edu.az saytı vasitəsilə qeydiyyatdan keçən uşaqların valideynləri ərazi üzrə məktəbi seçə bilmədiklərindən, sistemdən müvafiq çıxarış əldə edə bilmirlər. Bu barədə Movqe.az-a övladı bu il birinci sinfə gedəcək valideynlər məlumat verib.  Valideynlər bildirib ki, www.mektebeqebul.edu.az saytı vasitəsilə  uşağı bir ay öncə qeydiyyatdan keçirsələr də, sistemdə məktəb seçə bilmirlər. Səbəb onların yaşadığı ərazilərin çoxunda birinci siniflərə uşaq qəbulu üçün yerin qalmamasıdır: "ww.mektebeqebul.edu.az saytı vasitəsilə  uşağı bir ay öncə qeydiyyatdan keçirmişik. Amma Binəqədi qəsəbəsində bizə yaxın məktəblərin heç birini seçmək mümkün deyil. Çünki, sistemdə həmin məktəblərin adı çıxır. Rayon bölməsini seçdikdə Binəqədi rayonundakı digər məktəblərin adı çıxır ki, o məktəblər də bizim qəsəbəmizdə yerləşmir. Məktəbə uşağın sənədlərini təqdim etmək istəsək də, www.mektebeqebul.edu.az saytında məktəb seçib qeydiyyat prosesini tamamlamadığımızdan, çıxarış əldə edə bilmirik. Elektron qeydiyyata dair çıxarışsız isə uşağın sənədini məktəb götürmür. Məktəblərdə də deyirlər gözləyin, yer yoxdur. Biz nə vaxta qədər gözləməliyik?".

Movqe.az saytı valideynlərin narahatlığını nəzərə alaraq bu sualı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlayıb. İdarənin müvafiq şöbəsindən problemdən xəbərdar olduqlarını, siniflərdə yerlərin olmadığı məktəblərdə yeni birinci siniflərin açılması üçün araşdırmaların artıq başa çatdığını söyləyiblər. Qurumdan bildiriblər ki, indiyədək birinci sinfə qəbulla bağlı  qeydiyyatdan keçib məktəb seçə bilməyən valideynlər bu günün sonundan etibarən məktəb seçib sistemdən çıxarış əldə edə biləcəklər. Bununla da xeyli müddətdir ki, www.mektebeqebul.edu.az saytında uşağını birinci sinifə qəbulla bağlı qeydiyyatdan keçirən valideynlər sistemdən çıxarışla birgə digər sənədləri aidiyyatı məktəbə təqdim edə biləcəklər". 

   


Sizin Reklam Yeriniz