news Image
2016.06.06
13:15
| A A A
MTRŞ “Yoxlama” verilişinin əməkdaşlarının döyülməsinə münasibət bildirib

 "ATV-nin "Yoxlama" verilişi normal-maarifləndirici layihədir. Verilişin buraxılışlarını izləyərkən konsepsiyasının nədən ibarət olduğu ortaya çıxır. Bildiyimiz kimi, xarici televiziyalarda da bu tip verilişlər var və kifayət qədər baxımlı verilişlərdir".

 

Movqe.az xəbər verir ki, bunu apa-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O qeyd edib ki, "Yoxlama" verilişin monitorinqi zamanı hazırda qanunvericiliyin tələblərinin ciddi pozulması hallarına rast gəlinmir: "Lakin səs-küyə səbəb olan istənilən veriliş kimi, bu veriliş də xüsusi olaraq diqqətimizdədir. Verilişin buraxılışları izlənilir. Biz verilişə teleradio yayımı haqqında qanunvericiliyin prizmasından yanaşırıq. Lakin bir tamaşaçı kimi yanaşanda verilişin müsbət missiyası, istehlakçıların hüquqları baxımından müsbət mahiyyətini danmaq olmaz. Həm də onu da nəzərə almaq lazımdır ki, bu veriliş xeyli vaxtdır, efirdədir. Sahibkarlığın inkişafı baxımından problem yaratsaydı, müvafiq qurumların reaksiyası müşahidə olunardı".

 

Qeyd edək ki, ATV telekanalının "Yoxlama" layihəsinin əməkdaşları Şamaxıda çəkiliş apardıqları zaman "Şamaxı" yeməkxanasında münaqişə yaşanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, iATV telekanalının "Yoxlama" layihəsinin əməkdaşları - Azər İsmayılov, Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə ilə Şamaxıda çəkiliş apardıqları "Şamaxı" yeməkxanasında oranın sahibi Hüseyn Allahverdiyev və qohumu Elşad Osmanov arasında münaqişə baş verib. Bu zaman H.Allahverdiyev və E.Osmanov ATV telekanalının əməkdaşlarını döyüb, habelə onlara məxsus videokameranı, səs qurğusunu və digər avadanlıqları sındırıblar. Toplanmış material rayon prokurorluğuna göndərilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs