news Image
2016.06.06
13:42
| A A A
IDEA və "Təmiz Şəhər" əməkdaşları çimərlikləri tullantılardan təmizləyiblər

Çimərlik mövsümünün açılışı ilə əlaqədar, 5 iyunda - "Ümumdünya ətraf mühitin mühafizəsi günü"ndə IDEA İctimai Birliyi və "Təmiz Şəhər" ASC-nin təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində ənənəvi təmizlik aksiyası keçirilib.


"Təmiz Şəhər" ASC-dən Movqe.az-a verilən məlumata görə, aksiya BMT-nin "Dəniz tullantıları üzrə qlobal əməkdaşlıq" proqramının fəaliyyətinə dəstək olaraq təşkil edilib.


"Sahillər təmiz qalsın" şüarı altında 100-dən çox könüllünün iştirakı ilə keçirilən tədbirin əsas məqsədi sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, o cümlədən dəniz sahillərində təmizliyə riayət olunması ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub. Belə ki, sahillərdə təmizliyə riayət olunmaması sanitar problemlərlə yanaşı, dəniz ətraf mühitinin, eləcə də onun flora və faunasının zərər çəkməsinə səbəb olur.


Zəruri sanitar ləvazimatlarla təchiz olunmuş aksiya iştirakçıları topladıqları tullantılar xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.


IDEA İctimai Birliyi hər kəsi çimərlik mövsümünün yaxınlaşdığını nəzərə alaraq sahilyanı ərazilərin təmizliyinə riayət etməyə, dəniz ətraf mühitinin mühafizəsi istiqamətində aparılan mübarizəyə öz töhfələrini verməyə çağırır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs