Əlaqə Arxiv
news Image
2016.06.07
09:52
| A A A
Şəmkir və Goranboy rayonlarında əlillərin problemləri müzakirə edilib

Avropa Birliyinin dəstəyi ilə İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən "Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi" icra olunan layihə çərçivəsində 02 iyun 2016-cı il tarixində Şəmkir rayonunda növbəti təlim keçirilib. Təlimdə Şəmkir rayonu icra hakimiyyətinin, DSMF, ƏSMM, Məşğulluq idarəsinin nümayəndələri, müxtəlif qrup əlilliyi olan insanlar iştirak edib. Tədbirdə Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov "Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik" mövzusunda təqdimat edib. Təlim zamanı mövcud Ombudsman təssisatının əlillərin fəaliyyətinin qorunmasında fəaliyyəti və əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar barədə məlumat verilib.Təlimdə əliliyi olan şəxslərin yaşam şəraitinin yaxşılaşdırılması ilə bağlı müxtəlif təklif və təşəbbüslər səslənib. 


Oxşar təlim 03 iyun 2016-cı il tarixində  Goranboy rayonunda təşkil edilmişdir. Bu təlimdə Goranboy  rayonu icra hakimiyyətinin, DSMF, ƏSMM, Məşğulluq idarəsinin nümayəndələri, müxtəlif qrup əlilliyi olan insanlar iştirak etmişdir. Tədbirdə hüquqşünas Sahib Babayev "Əlillərin hüquqlarının müdafiəsi ilə bağlı mövcud qanunvericilik" mövzusunda təqdimat etdi. Təlim zamanı o, əlillərin hüquqlarının müdafiəsi sahəsində beynəlxalq və ölkədaxili standartlar barədə məlumat verib.


Hər iki təlim interaktiv formada keçirilib və bütövlükdə 50-dən artıq nümayəndə iştirak edib.

Sizin Reklam Yeriniz