Əlaqə Arxiv
news Image
2016.06.07
12:50
| A A A
XİN: İstanbulda terror aktında Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması faktı araşdırılır

Türkiyənin İstanbul şəhərində baş vermiş terror aktı zamanı Azərbaycan vətəndaşının ölməsi və ya yaralanması barədə KİV-də verilən məlumat Azərbaycanın Türkiyədəki Səfirliyi və İstanbuldakı Baş Konsulluq tərəfindən Türkiyənin müvafiq orqanları vasitəsi ilə araşdırılır.

 

Movqe.az xəbər verir ki, bu barədə  Azərbaycan Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev bildirib. 

 

Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun  Veznecilər məhəlləsində ard-arda 2 partlayış baş verib. Hadisə nəticəsində 11 nəfərə ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3 nəfərin vəziyyəti ağırdır.  NTV kanalının məlumatına əsasən yaralananlardan biri Azərbaycan vətəndaşıdır.

Sizin Reklam Yeriniz