Əlaqə Arxiv
news Image
2016.06.07
14:40
| A A A
Azərbaycanda daha bir ermənidilli sayt işə düşdü

Bu gündən AzVision saytlar qrupuna daha biri – erməni dilində fəaliyyət göstərən hayatsk.info əlavə olunub.

Ermənidilli versiyanın adı "Hayatsk" - adlanır. Bu da erməni dilində "baxış" deməkdir. Saytın özü qeyd edir ki, bu ad "AzVision" sözünə və konsepsiyasına daha uyğun gəldiyi üçün seçilib. Azvision.az saytının Baş redaktoru Vüsal Məmmədov erməni dilində xəbər saytı yaratmaq zərurətinin iki ehtiyacdan doğduğunu qeyd edib: "Birincisi, ermənidilli informasiya mənbələrinin əksəriyyəti total dezinformasiya qaynağıdır və ancaq Azərbaycan əleyhinə xəbərlər yayırlar. Ona görə də, xəbər məkanının erməni dilli seqmentində vəziyyəti dəyişmək üçün Azərbaycanla, Ermənistanla, Qarabağla bağlı real vəziyyətə uyğun informasiyalar yaymağa ehtiyac var. İkincisi, nəzərə almalıyıq ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın vətəndaşlarıdırlar, gələcəkdə də olacaqlar və biz onların da öz dillərində informasiya almaq tələbatını ödəməyə çalışmalıyıq".


Sizin Reklam Yeriniz