Əlaqə Arxiv
news Image
2016.06.07
14:53
| A A A
Bəxtiyar Vahabzadə anıldı

Li­rik şe­ir­lə­ri, po­ema­la­rı ilə ru­hu­mu­zu ox­şa­yan, fəl­sə­fi məz­mun­lu əsər­lə­ri ilə mil­li də­yər­lə­ri­mi­zin ke­şi­yin­də du­ran Bəx­ti­yar Va­hab­za­də oxu­cu­la­rı­nın qəl­bin­də elə  si­lin­məz bir iz qo­yub ki, cis­mən ya­nı­mız­da ol­ma­sa da, ru­hən hə­mi­şə bi­zim­lə­dir - nəğ­mə­li do­daq­lar­da, sev­gi do­lu ürək­lər­də, mə­həb­bət do­lu ba­xış­lar­da ya­şa­yır... Bu fi­kir­lər Ni­za­mi ra­yo­nun­da­kı 10 say­lı or­ta mək­təb­də xalq şa­iri Bəx­ti­yar Va­hab­za­də­nin ya­ra­dı­cı­lı­ğı­na həsr olun­muş təd­bir­də səs­lən­di,  70-dən ar­tıq şe­ir ki­ta­bı­nın, 2 mo­noq­ra­fi­ya­nın, 11 el­mi - pub­li­si­tik ki­ta­bın, yüz­lər­lə mə­qa­lə­nin, elə­cə  də 20-dən ar­tıq  po­ema­nın mü­əl­li­fi olan Bəx­ti­yar Va­hab­za­də­nin  ya­ra­dı­cı­lı­ğı "və­rəq­lən­di". Mil­lə­ti­ni bü­tün var­lı­ğı ilə se­vən, ana di­li­nə bö­yük önəm ve­rən və­tən­daş şa­irin şe­ir­lə­ri şa­girdlə­rin ifa­sın­da səs­lən­di, söz­lə­ri­nə bəs­tə­lən­miş nəğ­mə­lər oxun­du. Po­ema­la­rın­dan, pyes­lə­rin­dən mü­əy­yən his­sə­lər gös­tə­ril­di. "Gü­lüs­tan" po­ema­sın­dan Azər­bay­ca­nın İran və Ru­si­ya ara­sın­da bö­lün­mə­si­ni əks et­di­rən səh­nə, "Şə­hid­lər" po­ema­sın­dan, "Axı  biz ney­lə­miş­dik?" şe­iri ha­mı­nı köv­rəltdi. Son­ra şa­irin öz ifa­sın­da səs­lə­nən "Axı, dün­ya fır­la­nır" şe­iri­nin vi­de­ok­li­pi gös­tə­ril­di. Şa­girdlə­r­dən təd­bi­rin apa­rı­cı­la­rı Əh­məd Məm­məd­li və Gü­nel Əli­za­də, Bəx­ti­yar  ob­ra­zı­nı ya­ra­dan Xa­lid Mu­sa­za­də, Can­su və Amin İs­ma­yıl­lı­la­rin çı­xı­şı, Püs­tə­nin qa­val­la rəq­si ma­raq­la qar­şı­lan­dı. İb­ti­dai si­nif şa­girdlə­rin­dən  Hü­sey­nin, Ömə­rin, As­la­nın, 5-ci si­nif şa­gir­di Ley­la­nın, 6-ci si­nif şa­girdlə­ri Əm­rah, Mə­ley­kə, Pə­na­hın, 8-ci si­nif şa­girdlə­rin­dən Gö­zəl­lə Qız­qa­yı­tın , 9-cu si­nif şa­girdlə­rin­dən Rö­ya, Mə­la­hət, Meh­ru­bə və Gu­ne­lin ifa­sın­da səs­lə­nən şe­ir­lər ,Fa­ti­mə və Va­len­ti­na­nın oxu­duq­la­rı mah­nı­lar al­qış­lar­la qar­şı­lan­dı. Tədbirdə  qo­naq  kimi iş­ti­rak edən Ba­kı şə­hə­ri üz­rə Təh­sil İda­rə­si­nin Ni­za­mi ra­yo­nu üz­rə məs­lə­hət­çi­si Fər­man Ab­dul­la­yev, Gənc Və­tən­pər­vər­lər Bir­li­yi­nin (GVB) səd­ri  Mu­ğan Əli­yev, ali və or­ta mək­təb­lər­lə iş şö­bə­si­nin mü­dür mü­avi­ni  Ay­sən Əli­ye­va, mək­tə­bin mə­zu­nu aktyor  El­vin Əh­mə­dov və baş­qa­la­rı çı­xış edə­rək Bəx­ti­yar şe­iri­nin qüd­rə­tin­dən  söh­bət aç­dı­lar və be­lə gö­rüş­lə­rin ke­çi­ril­mə­si­ni şa­girdlə­rin dün­ya­gö­rü­şü­nün for­ma­laş­ma­sın­da ,və­tən­pər­vər­lik his­lə­ri­nin  aşı­lan­ma­sın­da bö­yük rol oy­na­dı­ğı­nı diq­qə­tə çat­dır­dı­lar. Şa­irin tə­lə­bə­si ol­muş mək­tə­bin Azər­bay­can  di­li və ədə­biy­yat mü­əl­li­mi  Fa­mi­lə As­lan­lı öz mü­əl­li­mi ilə bağ­lı xa­ti­rə­lə­rin­dən da­nış­dı. Mək­tə­bin di­rek­to­ru Ley­la  Məm­mə­do­va  be­lə po­ezi­ya ge­cə­lə­ri­nin ke­çi­ril­mə­si­ni  ar­tıq bir sil­si­lə təş­kil et­di­yi­ni söy­lə­di və son­da həm qo­naq­la­rın, həm də mək­tə­bin kol­lek­ti­vi adın­dan təd­bi­rin tə­ki­lat­çı­la­rı­na-Azər­bay­can di­li və ədə­biy­yat mü­əl­li­mi Rə­fi­qə Mir­zə­ye­va­ya, mü­si­qi mü­əl­li­mi Sev­da Ha­cı­ye­va­ya, Nü­şa­bə Sa­dı­qo­va­ya, Aidə Hü­sey­no­va­ya min­nət­dar­lı­ğı­nı bil­dir­di.      

      

Sizin Reklam Yeriniz