news Image
2016.06.07
19:30
| A A A
İftar süfrəsinə nə hazırlamaq olar? - Reseptlər

Movqe.az "Günün menyusu"nda iftar süfrəsinə hazırlaya biləcəyiniz asan yemək reseptləri təqdim edir.


Tərəvəzli salat:


Ərzaqlar:

Pomidor — 4 ədəd

Hisəverilmiş toyuq filesi — 150 qram

Ağ pendir — 100 qram

Kartof — 3 ədər

Mayonez  — 200 qram

Sarımsaq — 1 diş

Günəbaxan yağı (kartofu qızartmaq üçün)


Hazırlanması:

Əvvəlcə kartofu təmizləyib sürtgəcdən keçirin. Aşsüzəndə yaxşıca yuyun və dəsmalla qurulayın. Kartof quru olan kimi onu günəbaxan yağında qızardın. Qızarandan sonra kartofları salfetkanın arasına yığıb, artıq yağlarını çəkin.


Boşqabın içinə halqa formasında doğranmış pomidorlar bir lay düzün. 2 qaşıq mayonezi xırda doğranmış sarımsaqla qarışdırın. Bu sousu pomidor qatına yaxın. toyuq filesi uzunsov doğranır və pomidorların üzərinə yığılır. Pendir sürtgəcdən keçirilir və kolbasanın uzərinə yığılır. Üstündən yenə düzəltdiyiniz mayonez-sarımsaq sousunu yaxın. Ən son qat qızardılmış kartoflardan yığın. Onun üstünə mayonez yaxmaq lazım deyil.




Tomat pastalı şorba


Ərzaqlar:

Düyü - 1 xtəkan

Tomat pastası - 2-3 qaşıq

Duzlu xiyar - 1-2 ədəd

Kök - 1 ədəd

5-7 diş sarımsaq

Toyuq əti

Soğan - 1 ədəd

Duz, istiot zövqə görə


Hazırlanması:

Qaynanmış duzlu suya, təmizlənmiş soğanı atıb, qaynadın. Kökü sürtgəcdən keçirin və suya əlavə edin. Orta tikələrə doğranmış toyuq ətini tökün. Sonra xırda doğranılmış sarımsağı və tomat pastasını əlavə edib, qarışdırın. Sonda düyünü, duzu və istiotu töküb, yağ əlavə edin. İstəyən sonda duzlu xiyar da qata bilər. 




Gilənarlı plov


Ərzaqlar:

Düyü - istədiyiniz qədər

Şüyüd - 4 dəstə

Gilənar - 500 qram

Toyuq filesi - 500 qram

Soğan - 4 ədəd

Duz, istiot, yağ zövqə görə


Hazırlanması:

Düyünü yuyub, qaynadıb, plovda olan kimi süzün. Şüyüdü yuyub, doğrayın. Qazana yağ töküb azca əridin, üstünə 3 lavaşı qazmaq əvəzi sərin. Düyüdən bir az töküb üstünə şüyüd səpin. Bu prosesi düyü və şüyüd bitənə qədər davam etdirin. Arada düyünün içinə ərinməmiş balaca kərə yağı atın. Plovu dəmlənməyə qoyun. Kənarda soğanı qovurub, üzərinə doğranmış toyuq filesini atın. Ət bişib, suyu çəkiləndən sonra dənəsi çıxarılmış gilənarları qatın. Bir az bişdikdən sonra duz vbə istiot vurun. Düyü ilə birlikdə süfrəyə verin./axşam.az/  


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs