news Image
2016.06.07
17:10
| A A A
SABAH qruplarında APTİS imtahanı keçirildi

İyunun 7-də Böyük Britaniyanın "British Council" təşkilatı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SABAH qruplarının III kurs tələbələrinin ingilis dilini bilmə səviyyələrini müəyyənləşdirmək məqsədilə APTİS imtahanı keçirib. İmtahanlar 4 ixtisas - Kimya mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Neft-qaz mühəndisliyi, Neft-qaz qurğuları mühəndisliyi üzrə, 454 və 462-ci auditoriyalarda təşkilatın üzvləri tərəfindən aparılıb. Qeyd edək ki, nəticələr imtahanlar SABAH qruplarının fəaliyyət göstərdiyi bütün ali təhsil müəssisələrində yekunlaşdıqdıqdan sonra elan olunacaq. 

ADNSU SABAH qruplarının rəhbəri Nərminə Əliyeva "ADNSU Xəbər"-ə bildirib ki, imtahan çox yüksək səviyyədə təşkil olunub. Nərminə xanım nəticələrdə tələbələrin ingilis dili səviyyəsinin artmış olacağına inandığını bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs