Əlaqə Arxiv
news Image
2016.06.08
12:10
| A A A
AZAL-ın almaq istədiyi "MS-21" sərnişin təyyarəsinin təqdimatı olub

 İrkutsk aviasiya zavodunda Rusiya istehsalı olan yeni "MS-21-300" ortaməsafəli sərnişin təyyarəsinin təqdimatı olub.

Movqe.az  RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, təqdimat mərasimində Rusiyanın baş naziri Dmitri Medvedyev, baş nazirin müavinləri Dmitri Roqozin (birinci müavin) və Arkadi Dvorkoviç, sənaye və ticarət naziri Denis Manturov və "İrkut" şirkətinin prezidenti Oleq Demçenko iştirak ediblər.


"Bir neçə il öncə biz dünya bazarında özünəməxsus yer tutacaq təyyarə hazırlamaq qərarına gəldik. Əminik ki, "MS-21" öz sinfinin ən yaxşısı olacaq. Təyyarənin yerüstü sınaqları 2016-cı ilin dekabrı - 2017-ci ilin fevralı üçün nəzərdə tutulub. 2018-ci ilin sonuna isə artıq təyyarənin sifarişlərinə başlanacaq", - deyə O. Demçenko vurğulayıb.


Təyyarənin qanadlarının ölçüsü bir az da uzadılıb, gövdəsinin diametri böyüdülüb, mühərriki və son nəsil texnologiyanın tətbiqi xərcləri azaldıb.


Qeyd edək ki, bu gün 10 ədəd "MS-21" təyyarəsinin alınması üçün "Azərbaycan Hava Yolları" QSC (AZAL) və Rusiyanın lizinq şirkəti olan "İlyuşin Finans Ko" MMC arasında müqavilə imzalanıb.

Sizin Reklam Yeriniz