news Image
2016.06.08
12:17
| A A A
Nazirlik: Şahdağ Milli Parkında torpaq sürüşməsi baş verib

 İyunun 7-də axşam saatlarında Şahdağ Milli Parkının Quba meşəbəyliyinin 13a saylı dolayında, Quba -Xınalıq yolunun təxminən 29-cu kilometrliyində meşə ilə örtülü ərazidə torpaq sürüşməsi baş verib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a  bildirilib ki, nazirliyin mütəxəssisləri hadisə yerində dərhal araşdırmalara başlayıblar. Araşdırmalara görə, sürüşməyə səbəb son günlər bölgəyə yağan intensiv və güclü yağışların olduğu müəyyən edilib.

 

Mütəxəssislərin ilkin rəyinə əssən, sürüşmə kütləsinin aşağı hissəsinin eni 30-40, yuxarı hissədə 20, sürüşmə səthinin dərinliyi 2-3, uzunluğu isə 150 metr olmaqla Qudyalçayın yatağına doğru istiqamətlənib. Sürüşmə nəticəsində diametri 12-28 sm olan müxtəlif cinsli (əsasən vələs və fıstıq) təxminən 60-dək ağac kökündən aşaraq torpaq kütləsinə qarışıb. Hazırda sürüşmə prosesinin dayanmasına baxmayaraq, ətraf hissələrdə torpağın aşınması müşahidə edilir.


Qeyd edək ki, sürüşmə zonası yaşayış məntəqələrindən, iaşə obyektlərindən və avtomobil yolundan kənarda olduğundan insanların həyatı üçün heç bir təhlükə yoxdur. Əraziyə nəzarət olunması məqsədilə nazirlik əməkdaşları növbətçilik rejimində fəaliyyət göstəririlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs