news Image
2016.06.08
13:00
| A A A
Ramin Əhmədov: “Terrorizm həmişə bəşəriyyətə təhlükə yaradır”
Bu gün Azərbaycan başda olmaqla dünyanın bir çox ölkəsində terror hadisələri baş verir, yüzlərlə günahsız insanlar terrora qurban gedirlər.

Bu sözləri "Türk Dünyası Ağsaqqaları Qəzeti"nin baş redaktoru Ramin Əhmədov bildirib."Bu ölkələr arasında ən çox əziyyət çəkən ölkələrdən biri də qardaş Türkiyədir. İstanbulda baş verən terror hadisəsi bütün türk dünyasının, eləcə də bizim ağrımızdı. Bu hadisə nəticəsində qardaş ölkədə həyatını itirənlərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Terrorizm həmişə bəşəriyyətə təhlükə yaradır, beynəlxalq münasibətlərə ciddi müdaxilə edərək insan hüquqlarını kobud formada pozaraq ciddi fəsadlara və itkilərə yol açır. Bəşəriyyətin 3 ağır problemindən biri olan terrora qarşı mübarizəni gücləndirmək üçün dünya xalqları əl-ələ verməlidirlər. Biz İstanbulda baş verən terror hadisəsini pisləyir, bütün dünyanı terrorizmə "DUR!" deməyə çağırırıq."

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs