news Image
2016.06.08
13:50
| A A A
Hava yağmurlu keçəcək, bəzi yerlərdə intensiv olacaq, dolu düşəcək

 Bakı və Abşeron yarımadasında iyunun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən Movqe.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19, gündüz 20-25, Bakıda gecə 17-19, gündüz  22-24 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında iyunun 9-da şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 7-12,  gündüz 12-17 dərəcə isti olacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs