news Image
2016.06.08
12:05
| A A A
İki ayda 24 nəfəri ilan sancıb

"Bu il aprelin əvvəlindən başlayaraq ilan və əqrəb sancmaları ilə bağlı 24 müraciət qeydə alınıb".

Movqe.az-ın məlumatına görə,  bu barədə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Şöbə müdirinin sözlərinə görə, ilan sancmaları ilə bağıı 24 nəfər müraciət edib ki, onlardan 13 nəfər şöbəyəqəbul olunub. 4 nəfərin vəziyyəti ağır, digər xəstələrin vəziyyəti isə orta-ağır qiymətləndirlib.6 nəfər isə əqrəb sancması şikayəti ilə toksikologiya şöbəsinə müraciət edib. Onlardan 2 nəfərinin vəziyyəti ağırdır. Xəstələrə lazımi tibbi yardım göstərilib. Heç bir ölüm faktı qeydə alınmayıb". A.Maqsudov ölkədə sancmalara qarşı vurulan zərdablarla bağlı bildirib ki, xəstəxanaların balansında kifayət qədər zərdab məhlulu var: "Ucqar ərazilərdə və rayonlarımızda olan xəstəxanalarda da zərdab ehtiyatı var. Əgər zərdab çatışmazlığı olan hər hansı xəstəxana varsa, bu barədə bizə yazılı müraciət edilsin və dərhal həmin xəstəxanaları zərdabla təmin edək".

A.Maqsudov həmçinin, bildirib ki, sancmalar zamanı düzgün ilkin tibbi müdaxilə edilməli və dərhal həkimə müraciət olunmalıdır: "Sancma halı olarsa, xalq təbabəti formasından istifadə ediərək qanı sormaq həmin yerə infeksiya keçməsi ilə nəticələnə bilər. Bu zaman dərhal həkimə müraciət olunmalı və xəstəyə zərdab vurulmalıdır. Sancmalarla bağlı ən tez müraciət 1-2 saat, ən gec müraciət isə 5 sutka ərzində qeydə alınıb. Lakin gecikən xəstənin vəziyyəti hazırda yaxşıdır və ölüm faktı olmayıb".

Şöbə müdiri əlavə edib ki, ilan sancmaları əsasən Bakı və paytaxtayaxın ətraf ərazilərdə, eləcə də daş karxanalarında çalışan fəhlələr arasında olur: "Bundan başqa, Şamaxı, Ağsu, Qəbələ, Şəmkir, Tovuz və cənub bölgələrində ilan sancmaları faktları qeydə alınır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs