Əlaqə Arxiv
news Image
2016.06.08
14:19
| A A A
15 yaşa qədər olan uşaqlar arasında intihar zəhərlənmələrinin-Statistikası

"Ötən il Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 2 462 xəstə hospitalizasiya olunub ki, bu da 2014-cü illə müqayisədə 27 nəfər çoxdur".

Movqe.az-ın məlumatına görə, bunu Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, hospitalizasiya olan xəstələrdən qəsdlə olmayan və məişət zəhərlənmələri 1 432 nəfər, sui-qəsd xarakterli zəhərlənmələr isə 1 030 nəfər təşkil edib: "Daxil olan xəstələrin 823 nəfərinə (33,4%) dərman zəhərlənməsi diqanozu qoyulub. Dəm qazı və digər toksiki qazlarla zəhərlənmələr diaqnozu ilə daxil olanların sayı 502 (20,4%), yandırıcı məhlullardan zəhərlənmə diaqnozu daxil olan xəstələrin sayı 350 nəfər (14,2%) təşkil edib".

Şöbə müdiri bildirib ki, klinikaya daxil olan xəstələr əsasən 20-29 yaş qrupuna aid olublar (740 nəfər və ya 30,1%). Onun sözlərinə görə,15 yaşa qədər olan uşaqların sayı 419 nəfər (17%) təşkil edib.

Sizin Reklam Yeriniz