news Image
2016.06.09
10:32
| A A A
Ermənistana keçən Azərbaycan vətəndaşının ruhi xəstə olduğu müəyyənləşdirilib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının aidiyyəti beynəlxalq təşkilatlar və dövlət qurumları ilə birlikdə apardığı araşdırma nəticəsində 7 iyun 2016-cı il tarixdə Ermənistan Respublikasına keçdiyi bildirilən Azərbaycan vətəndaşının şəxsiyyəti müəyyənləşdirilib.


Komissiyadan  verilən məlumata görə, həmin qadın Gədəbəy rayonu, Arabacı kənd sakini 1977-ci il təvəllüdlü, Ələkbərova Qətibə İbrahim qızıdır. Araşdırma nəticəsində Ələkbərova Qətibə İbrahim qızının Qazax rayonlararası ruhi xəstəxanasında dispanser qeydiyyatında olduğu müəyyən edilib.


Hazırda Dövlət Komissiyası tərəfindən Ələkbərova Qətibə İbrahim qızının azad edilməsi istiqamətində tədbirlər görülür.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs