Əlaqə Arxiv
news Image
2016.06.09
12:10
| A A A
"Aya Sofiya müzeyi rəsmi olaraq Məscid və ya müsəlmanlar üçün gündəlik ibadət evi olmalıdır”

Dünya Azərbaycanlılarının möhtəşəm dördüncü qurulyatında iştirak etmək üçün doğma Azərbaycana gəlmiş bir sıra diaspor və rəsmi şəxslərlə görüşlərimiz oldu. Zənnimcə, bu cür təbdirlər 5 ildə bir yox, hər il mütəmadi qeyd edilməlidir. 


Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti, "Effektiv Cəmiyyət İnstitutu" İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb qeyd edib.

"Azərbaycanın dövlətinin yürütdüyü uğurlu bütün siyasi-ictimai fəaliyyətlərini dəstəkləyən bir sahibkar və vətəndaş olaraq, şəxsi fikrim bu cür tədbirlərin daha çox xarici iş adamları və sahibkarların Azərbaycana cəlb olunması prosesi ilə əvəz edilməsi uğurlu addım ola bilər. Azərbaycanda xaricdən gələn istənilən müsbət layihə və ya biznes fəaliyyəti üçün müəyyən güzəştli şərtlər yaradılarsa, daha xoş və səmərəli olar. Diaspor və xaricdəki nümayəndələrimiz üçün yaradılan şərait və dəvət alqışa layiq olsa da, zənnimcə xarici iş adamları və investorların Azərbaycanda hər hansı sahibkarlıq fəaliyyəti üçün dəvət olunmaları üçün, bir sıra addımlar atılarsa, işə müsbət təsir göstərə bilər:


Onlar müəyyən məlumatlarla bilgiləndirilməli, gərəkli olduğunda hər cür hüquqi məsləhət və suallar üçün hətta vəkil və ya hüquq müdafiəçisi, məsləhətçi ilə təmin edilməlidir (dövlət hesabına) və s. 


Əvvəl də qeyd etdiyim kimi güzəştli şərtlə hazırkı vəziyyətdə Azərbaycan büdcəsi üçün daha məqsədəuyğun vəziyyət kimi görünür. Bir daha qeyd etmək istəyirəm ki, ölkə başçısı cənab prezident İlham Əliyevin və Azərbaycan hökümətinin apardığı siyasəti dörd əlli dəstəkləyirəm və alqışlayıram. Şəxsi fikirlərimi paylaşmaqda səbəbim və istəyim daha əlverişli məsələlərə toxunmaq və biganə qalmamaqdır. "


Səbuhi Rəcəb Almaniyanın son qərarına münasibət bildirib:

"Almaniyada keçdiyimiz gün son qəbul olunan akt və qərar isə mənə şəxsən heç də təəccüblü bir addım kimi gəlmədi. Əskinə daha öncə də alman Bundestaqın absurd və qərəzli fikirləri ilə, Azərbaycan tərəfi olaraq artıq üzləşmişdik. Hətta cənab prezidentimizin bir cümləsi hələ də qulağımdadır. "Alman bundestaqı özünü nə və ya kim zənn edir?"


Zənnimcə, Almaniyanın bu qərəzli qərarına qəti emossiyalara qapılmadan cavab verilməlidir. Əlbəttə ki, XİN və ya hökümət tərəfindən. Buna ilk addım olaraq alman vətəndaşlarının bir müddətlik (diplomat,sahibkar,turist,siyasət və ya sənət adamları və s.) Azərbaycan və əsas da paytaxt Bakı şəhərinə girişləri məhdudlaşdırılmalıdır. Azərbaycanda mövcud olan və fəaliyyət göstərən alman kilsələri, ibadət evləri, restoran, kafe, bar və iş yerləri bir müddət nəzarət altına alımalıdır və gərək varsa fəaliyyətləri dayandırılmalıdır. Lakin qəti şəkildə burada alman vətəndaşlarına qarşı heç bir zorakılıq əlaməti göstərilməməlidir. Azərbaycanda fəaliyyət göstərən alman nümayəndəliyi bütün heyət olaraq, XİN dəvət olunaraq diplomatik nota verilməlidir. Üstəlik, gömrükdən qəti şəkildə heç bir alman markası və ya brendi Azərbaycana daxil olmamalıdır. Buna qarşı gələn sahibkara ilk dəfə xəbərdarlıq, sonra isə inzibatı protolkol və ya cərimə də tətdbiq oluna bilər. 


Qardaş Türkiyə isə məsələyə səliqəli cavab vermə şansları çoxdur. Aya Sofiya müzeyi rəsmi və qəti olaraq Məscid və ya müsəlman üçün gündəlik ibadət evi elan olunmalıdır. Ola bilər ki, fikirlərim emosional qarşılana bilər. Məşhur türk ata sözündə deyildiyi kimi birlikdən qüvvət doğar" . Birlik və bərabərlik üçün əlverilişli bir zamandır. Hey Avropa , Səndən böyük , hər şeydən böyük Allah var , unutma!"

Sizin Reklam Yeriniz