Əlaqə Arxiv
news Image
2016.06.09
12:32
| A A A
Azərbaycanda qeyri-sabit hava şəraiti davam edəcək

 İyunun 10-da Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağacağı, şimşək çaxacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən xəbərə görə, arabir güclənən şimal-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-25, Bakıda gecə 16-18, gündüz  23-25 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında əsasən gecə və axşam şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 13-18, gündüz 22-27, dağlarda gecə 6-11,  gündüz 12-17 dərəcə isti olacaq.

Sizin Reklam Yeriniz