Əlaqə Arxiv
news Image
2016.06.09
13:45
| A A A
“Formula-1” yarışı zamanı 27 həkim briqadası fəaliyyyət göstərəcək

"Formula-1" yarışı ilə əlaqədar Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib və bütün həkim briqadaları tam hazır vəziyyətə gətirilib.

 

Movqe.az xəbər verir ki, Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya açıqlamasında deyib ki, yarış zamanı tibbi yardım göstərilməsi üçün 27 həkim briqadası ayrılıb.

 

R. Nağıyev qeyd edib ki, onlardan 12-si idmançılar, 6-sı isə tamaşaçılar və gələn qonaqlara xidmət göstərmək üçün nəzərdə tutulub. 9 həkim briqadası isə ambulator fəaliyyət göstərəcək. Həkimlər yarışın keçiriləcəyi yerlərdə yaradılan 9 tibb məntəqəsində qonaqlara tibbi yardım edəcək.

 

Bundan əlavə, ərazidə idmançılar üçün nəzərdə tutulan ümumi bir məntəqə yaradılıb. Orada yüksək ixtisaslı cərrahlar, travmatoloq, nevropatoloqlar fəaliyyət göstərəcək.

Sizin Reklam Yeriniz