Əlaqə Arxiv
news Image
2016.06.09
14:11
| A A A
Bakıda ləğv olunan marşrutlara görə xətlərdə dəyişiklik ola bilər

Bakıda ləğv olunan 16, 18 və 96 saylı marşrut xətlərindən istifadə edən sərnişinlər üçün heç bir problem yaranmayacaq. Movqe.az xəbər verir ki, bunu Trend-ə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova deyib.


O qeyd edib ki, 18 saylı marşrut xətti ilə "BakuBus" MMC-nin 7 nömrəli marşrut xətti üst-üstə düşürdü: "7 nömrəli marşrutun 18 nömrəli marşrutun xəttinə tam uyğunlaşdırılması üçün qismən dəyişiklik ola bilər".


 

Bakıda 3 marşrut xəttinin fəaliyyəti dayandırılıb

N.Allahyarova bildirib ki, digər marşrut xətləri də nəzərdən keçiriləcək və ehtiyac olduğu halda müəyyən dəyişiklik ediləcək: "Elə edəcəyik ki, ləğv olunan marşrut xətlərindən istifadə edən sərnişinlər əziyyət çəkməsin".

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən hazırlanan Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməyən və təkrarlandığı hesab olunan 16, 18 və 96 saylı marşrut xətləri bu gündən etibarən ləğv edilib.

Sizin Reklam Yeriniz