Əlaqə Arxiv
news Image
2016.06.09
16:17
| A A A
Telekanallara ayrılan maliyə yardımının xərclənməsinə nəzarət ediləcək-Özəl

Telekanallara ayrılan birdəfəlik maliyyə yardımına nəzarət olunacaq. Bu barədə məlumatı Movqe.az-a Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini Qafar Cəbiyev verib. Q. Cəbiyev bildirib ki, Maliyyə Nazirliyinin tövsiyyəsinə görə, telekanallar MTRŞ-ya pulu hara və necə xərcləyəcəkləri barədə layihə təqdim etməlidirlər: "O layihədə də, telekanallar vəsaitin hara xərclənməsi ilə bağlı smeta göstərəcəklər".  

Q. Cəbiyev bildirib ki, telekanallara ayrılan vəsait əvəzi ödənilməz birdəfəlik yardımdır. Amma MTRŞ səlahiyyətlisi bunun heç də, telekanal rəhbərlərinin həmin vəsaiti istədikləri kimi xərcləmək anlamına gəlmədiyini söyləyib: " Bu vəsait Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə ayrılıb. Kimin ixtiyarı var ki, ölkə başçısının ayırdığı o pulu öz istədiyi kimi, səmərəsiz yerə xərcləsin. Əlbəttə ki, həmin vəsaitin xərclənməsinə nəzarət olunacaq. Telekanallar o vəsaiti maddi-texniki bazanın gücləndirilməsinə sərf edəcəklər.  Artıq bir neçə kanal layihəni təqdim edib. Orda da göstəriblər ki, vəsait maddi-texniki bazanın gücləndirilməsinə sərf ediləcək. Tədricən vəsaitlərin teleyayımçıların hesabına köçürülməsi təmin ediləcək".

Qeyd edək ki,  Azərbaycan Prezidenti İlham Əliyev ölkədəki özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısınınsərəncama əsasən, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasını gücləndirmək məqsədilə Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.


Sizin Reklam Yeriniz