news Image
2016.06.09
18:15
| A A A
Quşlar Bakı-İstanbul reysini gecikdirdi

"Azərbaycan Hava Yolları" aviaşirkətinin (AZAL) Bakı-İstanbul marşrutu üzrə reysi təyyarənin havaya qalxarxən quş dəstəsi ilə toqquşması səbəbindən gecikdirilib.


Movqe.az xəbər verir ki, bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski deyib.


Onun sözlərinə görə, toqquşma uçuş-eniş zolağında baş verib və heyət komandiri qaydalara uyğun olaraq uçuşu həyata keçirməmək qərarına gəlib.


P. Kəsəmənski deyib ki, hazırda təyyarəyə texniki baxış keçirilir: "Reysin reallaşdırılmasına icazə təyyarənin saz vəziyyətdə olmasına dair təsdiq alındıqdan sonra veriləcək. İnisdent nəticəsində heç kəs xəsarət almayıb".


Qeyd edək ki, Bakı-İstanbul reysinin uçuşu Bakı vaxtı ilə saat 16:35-də planlaşdırılmışdı.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs