Əlaqə Arxiv
news Image
2016.06.10
12:33
| A A A
Əmək müqaviləsi bildirişləri üzrə e-müraciətlər xeyli artıb

Cari ilin may ayında Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminə müraciətlərin sayı əvvəlki aprel ayı ilə müqayisədə 4 faiz, ötən ilin may ayı ilə müqayisədə isə 33,9 faiz artaraq 206424-ə çatıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həmin müraciətlərin 19 4438-i "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidmətinə, 11 986-sı isə "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətinə yönəlib. Əmək müqaviləsi bildirişləri üzrə elektron qeydiyyat sistemi əmək münasibətlərinin elektron şəkildə qeydiyyatdan keçirilməsinə və əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə olunmasına xidmət edir. Ölkəmizdə sosial-iqtisadi idarəçilik sahəsində mühüm innovativ yeniliklərdən biri olan bu sistemin tətbiqinə 2014-cü ilin iyul ayından başlanılıb. Həmin vaxtdan hər bir bağlanan əmək müqaviləsinin, bu müqaviləyə dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq bildiriş formasında "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" e-xidməti vasitəsilə elektron qaydada rəsmiləşdirilməsi prosesi həyata keçirilir. Sistem, həmçinin vətəndaşlara "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" e-xidmətindən istifadə etməklə onlarla bağlanan əmək müqaviləsi bildirişləri barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verir. Cari ilin 1 iyun tarixinədək əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sistemindən 5 438 642 dəfə istifadə qeydə alınıb.

Sizin Reklam Yeriniz