Əlaqə Arxiv
news Image
2016.06.10
12:23
| A A A
Bu tədris ilində 4 milyon dərslik nəşr edilib

141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Təhsil Nazirliyindən Movqe.az-a verilən məlumata görə, 2015-2016-cı tədris ilinə ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 141 adda 4095370 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. O cümlədən, kurikulum ilk dəfə tətbiq olunan VIII siniflər üçün 70 adda dərslik və müəllim üçün metodik vəsait çap edilib və məktəblərə paylanıb. Başa çatmaqda olan tədris ilində Təhsil Nazirliyi yeni dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsini həyata keçirib. Cari ilin fevralından start götürən dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi artıq yekunlaşmaq üzrədir. İctimai rəyin öyrənilməsi çərçivəsində 89 dərslik layihəsi e-resurs.edu.az saytına yüklənib. Həmin dərslik layihələrinə dair rəy və təkliflərin 17 iyun 2016-cı il tarixinədək bildirilməsi mümkün olacaq. Çapa verilməzdən öncə, dərslik layihələri www.e-resurs.edu.az saytının əsas səhifəsinə yerləşdirilir. Rəy, təklif və iradları xüsusi ayrılmış sahəyə yazmaqla, yaxud [email protected] elektron poçtuna göndərməklə bildirmək olar.


Sizin Reklam Yeriniz