news Image
2016.06.10
12:42
| A A A
Daha bir yolun tikintisinə başlanılıb

Biləsuvar rayonu Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi işləri aparılır. "Azəravtoyol" ASC-dən Movqe.az-a verilən məlumata görə, tikintisi aparılan yolun uzunluğu 6 km-dir və II texniki dərəcəyə uyğun olaraq tamamilə yeni tras üzrə layihələndirilib. Layihəyə uyğun olaraq sözügedən yolun hərəkət hissəsinin eni 9 m, hərəkət zolaqlarının eni 3,75 m, çiyinlərin eni 3 m, torpaq yatağının eni isə 15 m-dir. Yolda eninə maillik hərəkət hissəsində 2%, çiyinlərdə isə 4%-dir. Əsasın alt layı – optimal çınqıl qarışığı, qalınlığı 24 sm, əsasın üst layı optimal qırmadaş qarışığı, qalınlığı 16 sm və asfalt-beton örtük 3 laydan ibarət qalınlığı 25 sm olmaqla yol geyiminin konstruksiyasının qalınlığı 65 sm təşkil edir. Layihəyə uyğun olaraq yolun 1,68 km-də Bolqar çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 m olan avtomobil körpüsü inşa edilib. Bundan başqa 7 yerdə ümumi uzunluğu 170 m olan  dairəvi boru, 3 yerdə  düzbucaqlı ümumi uzunluğu 73 m olan boru, 2 yerdə  ümumi uzunluğu 47 m olan düzbucaqlı su keçidi, həmçinin 9 yerdə yol birləşmələri və biri dairəvi olmaqla 3 yol kəsişməsi inşa edilib. Layihə çərçivəsində nəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə 30 işıq dirəyi, 186 ədəd yol təhlükəsizlik dirəkləri, 94 ədəd müxtəlif yol nişanları və 4500 p/m metal əyrixətli təhlükəsizlik sədləri də quraşdırılacaq. Sözügedən yolun tikintisində məqsəd, M-3 Ələt-Astara-İran sərhədi magistral avtomobil yolu ilə, R-43 Biləsuvar-İran sərhədi və R-42 Bəhramtəpə-Biləsuvar avtomobil yollarını birləşdirərək Biləsuvar rayon mərkəzinə daxil olmadan dairəvi yol kimi yük və sərnişin daşımasını təmin etməkdir. Eyni zamanda bu yol vasitəsi ilə 10 mindən artıq əhalisi olan Əsgərabad, Muğan və Çaylı yaşayış məntəqələrinə də nəqliyyat xidməti təmin ediləcək. Qeyd edək ki, hal-hazırda bu yaşayış məntəqələrinə nəqliyyatın hərəkəti ancaq Biləsuvar şəhərinin daxili yolları vasitəsi ilə təşkil olunub.  

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs