Əlaqə Arxiv
news Image
2016.06.10
13:45
| A A A
TQDK imtahan keçirəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016-cı il iyunun 12-də rus bölməsi abituriyentləri üçün "Azərbaycan dili" fənni üzrə imtahan keçirəcək. TQDK-dan Movqe.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 11:00 - da başlanacaq.

Cari ildə "Azərbaycan dili" fənni üzrə birinci imtahan 2016-cı il mayın 1-də keçirilib. Həmin imtahanda 7696 abituriyent iştirak edib, onlardan 6476 nəfəri imtahanı müvəffəqiyyətlə verərək "məqbul" qiymət alıb. Qəbul qaydalarına əsasən, mayın 1-də keçirilmiş imtahanda müxtəlif səbəblərə görə iştirak etməyən, habelə həmin imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyunun 12-də keçiriləcək "Azərbaycan dili" imtahanında iştirak etmək imkanı verilir. Abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanının nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır. Məlumat üçün bildiririk ki, imtahanda 1486 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. İmtahanın idarə olunması üçün 10 imtahan rəhbəri, 117 nəzarətçi müəllim ayrılıb. Eyni zamanda TQDK Baş Prokurorluq ilə birgə prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirir. İşə qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən 490 nəfərin namizədliyi qeydə alınıb. İmtahan 2016-cı il iyunun 12-də saat 14:00-da Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti, 26A) başlanır. Müsabiqədə iştirak edən namizədlər şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə "İmtahana buraxılış vərəqəsi"ni və imtahanın keçirilməsi qaydalarını əks etdirən "Yaddaş kitabçası"nı Baş Prokurorluğun inzibati binasının qəbul otağında (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.

Test imtahanı 3 sааt dаvаm еdir. İmtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət suаl kitаbçаsı təqdim оlunаcаq: iхtisаs üzrə 80 suаl hüququn müхtəlif sаhələrini əhаtə еdir və bu sualların hər biri 1 balla qiymətləndirilir. Digər 20 suаl isə nаmizədlərin məntiqi nəticə çıxarmaq qabiliyyətini yохlаmaq üçün nəzərdə tutulub. Məntiqi suаllаrа vеrilən hər düzgün cаvаb 0.5 bаllа qiymətləndirilir. Müsabiqə qaydalarına uyğun olaraq test imtahanında 70 və dаhа çох bаl tоplаmış namizədlər növbəti mərhələyə burахılacaqlar. İmtahanın nəticələri həmin gün TQDK-nın internet saytında (www.tqdk.gov.az) yerləşdiriləcək.

Sizin Reklam Yeriniz