news Image
2016.06.10
14:58
| A A A
“Azəriqaz”: Təbii qazla təmin olunmuş abonentlərin sayı 1 milyonu keçib

2016-cı ilin may ayı ərzində "Azəriqaz" İstehsalat Birliyində əhali sektoru üzrə 11423 yeni abonent qeydiyyata alınıb ki, bunun da 2253-ü Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 9170-i isə regionların payına düşüb. Movqe.az-ın SOCAR-ın saytına istinadən verdiyi məlumata görə, bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 909 513-ə çatıb. Onu da qeyd edək ki, 01 iyun 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 130682 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 359 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs