Əlaqə Arxiv
news Image
2016.06.10
15:33
| A A A
Satıışdakı qarpızlarda zəhərlənmə təhlükəsi varmı?-MÜSAHİBƏ

Havalar hələ qızmasa da, artıq bazarlarda bostan məhsullarından olan qarpızın satışına başlanılıb. Satışdakı qarpızlar əsasən İran və Türkiyədən ölkəmizə idxal olunur. Adətən mütəxəssislər iyun ayının əvvəlində qarpız yeməyin təhlükəli olduğunu söyləyirlər. Elə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktor  vəzifələrini icra edən  Rəşad Vahabzadə ilə müsahibəmizdə də bu məsələyə aydınlıq gətirməyə çalışdıq. 



– Ölkə daxili bazararda İran və Türkiyədən gətirilən qarpız, qovun satılır. İndi qarpız və yemişin mövsümü olmadığından bu məhsulu iyun ayının əvvəli yemək təhlükəli ola bilərmi?


- Respublikaya idxal olunan qarpız və yemiş məhsulları İran və Türkiyənin isti bölgələrindən gətirilir. Mövsümdən asılı olmayaraq, əgər məhsul aqrotexniki qaydalara əməl olunmaqla yetişdirilibsə, eyni zamanda düzgün temperatura riayət olunmaqla saxlanılıbsa, istifadə zamanı heç bir təhlükə yarada bilməz.


- Türkiyə və İrandan idxal edilən qarpız və yemiş sizin labaratoriyada yoxlanılırmı?


- Sonuncu dəfə may ayının 31-də Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi tərəfindən ölkənin topdansatış və parakəndə satış məntəqələrində satılan qarpız və yemiş məhsullları üzərində kimyəvi toksikoloji müayinə aparılıb və məhsulun üzvi tərkibi araşdırılıb, məhsullarda ağır metalların normal olduğu müəyyən olunub hec bir toksiki birləşmələrə, nitrat və pestisid qalıqlarına rast gəlinməyib.

 

- Mütəxəssislər qarpız və yemişi hansı aydan yeməyi məsləhət görürlər?


- Azərbaycan Respublikasında qarpız və yemiş məhsulları əsasən iyul ayında açıq sahələrdə yetişməyə başlayır. Bu dövrdən etibarən yerli bostan məhsullarından istifadə edə bilərlər. 


- Səyyar labaratoriyalar vasitəsilə qarpız yemişin yoxlanılmasına nə vaxtdan başlanılacaq? Bu iş bazarlarda da təşkil ediləcəkmi?


-İyul ayından etibarən satış mərkələrində qarpız yemişin yoxlanılması aparılacaq. Səyyar müayinələr zamanı kənd təsərrüfatı məhsullarından götürülən nümunələrin həmin laboratoriyada analizlərinin cavabları iki saat müddətində bilinəcək. Səyyar laboratoriyalar vasitəsilə məhsullarda əsasən nitratın, ağır metalların miqdarını, maddə kütləsinə görə keyfiyyət dərəcələrini və məhlulun turşuluq dərəcəsini təyin edəcəyik. Hazırda isə laboratoriyalarımız öz işlərini mövsümə uyğun olaraq qarpız, və digər məhsulların yoxlamalarını davam etdirir. 

Sizin Reklam Yeriniz