Azərbaycanda sabah gözlənilən hava
şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya
Departamentindən Movqe.az-a verilən məlumata görə, iyunun 13-də
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu
olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 23-28, Bakıda gecə 16-18, gündüz 24-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760
mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 55-65 faiz təşkil
edəcək.
Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə şimşək
çaxacağı, yağış yağacağı gözlənilir.
Yağışın Lənkəran-Astara zonasında intensiv olacağı ehtimal var.
Hava gündüz əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 14-19 dərəcə isti olacaq.