Əlaqə Arxiv
news Image
2016.06.13
11:17
| A A A
ADNSU-da mediatur

İyunun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) mediatur təşkil olunub. Mediaturda KIV təmsilçilərinə imtahanlar barədə məlumat verilib. ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov turun iştirakçılarına imtahan hazırlıqları və şəffaflığın qorunması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Qeyd edilib ki, İmtahan Mərkəzində hər bir fakültənin adı, qrupu, imtahan verəcəyi fənn və imtahan verəcəyi otaq nömrəsi qeyd olunan qovluqlar hazırlanıb. Hər bir qovluğa imtahan verən qrupun tələbələrinin sayına görə bilet və sadəcə möhrlənmiş boş cavab vərəqləri qoyulub. İmtahan biletləri kafedralarda müəllimlər tərəfindən hazırlanaraq pratakola salınır və kafedra müdirlərinin imzası ilə dekanlıqlara, oradan isə məsul şəxslər tərəfindən İmtahan Mərkəzinə təqdim olunur və qovluqlara yerləşdirilir. Həmin qovluqlar imtahan günü müəyyən edilmiş auditoriyalarda nəzatəçilərə təqdim olunur. Nəzarətçilər qovluqlarda olan biletləri, cavab kağızlarını tələbələrə paylayırlar. İmtahandan sonra cavab vərəqələri biletlə birlikdə yenidən qovluqlara yığılaraq İmtahan Mərkəzinə təqdim olunur. Cavablar hər bir tələbənin tələbə biletinin nömrəsinə uyğun olaraq kodlaşdırılır, sürətli skayner vasitəsilə skan olunaraq pdf formatında kompyuterə köçürülür. Bundan sonra müəllimlərin yoxlamasına verilir. Yoxlanılan qovluqlar İmtahan Mərkəzinə təhvil verilir. Sonra cədvəl-3, yəni tələbələrin siyahısı və cədvəl-4, anonimliyi gözlənilən qiymətləndirilmiş cavab vərəqləri bir-birinə tikilərək İnformasiya Kommunikasiya Texnologiya Mərkəzinə (İKTM) verilir. İKTM-də tələbələrin imtahanlara qədərki balları qabaqcadan kompüterə daxil edilir. Cədvəl-3 və cədvəl-4 İKTM-ə daxil olduqdan sonra kodu açılaraq kompüterə daxil olunur və yekun nəticə kompüter vasitəsilə alınır. Həmin an nəticələr universitetin saytında yerləşdirilir.

Mediaturun iştirakçıları auditoriyalarda imtahanları izlədikdən sonra cavabların yoxanılması prosesi ilə də tanış olublar.


Sizin Reklam Yeriniz