Qaraməryam-İsmayıllı-Şəki avtomobil yolunu sel dağıtdı
Movqe.az xəbər verir ki, iyunun 12-də yağan güclü yağış və dolu
nəticəsində Qaraməryam-İsmayıllı-Şəki avtomobil yoluna ciddi ziyan
dəyib. Movqe.az-ın məlumatına görə, hadisə nəticəsində yolun 8-ci
kilometrliyindən 23-cü kilometrliyinə qədər olan hissəsində olan
körpülər, suötürücülər və yol təsrrüfatına aid olan bütün qurğular
sel sularının gətirdiyi daş-çınqıl, ağac kötükləri və torpaq
lilləri ilə dolub. Nəticədə yolun 15 kilometrdən artıq hissəsi
yararsız vəziyyətə düşüb./trend/