Əlaqə Arxiv
news Image
2016.06.13
11:50
| A A A
“Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi yeni layihəyə start verib

"Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi  "Qarşılıqlı anlayış və birgə yaşam – Azərbaycan tolerantlıq modelinin region gənclərinə təqdimatı"  adlı layihə çərçivəsində təlimlərə start vermişdir.


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə "Vətənpərvər Maarifçi Gənclər" İctimai Birliyi tərəfindən "Qarşılıqlı anlayış və birgə yaşam – Azərbaycan tolerantlıq modelinin region gənclərinə təqdimatı"  adlı layihə çərçivəsində Xaçmaz və Quba rayonunda təlimlər keçirilmişdir. Təlimlərdə region gənclərinə tolerantlıq və multikultiralizm  anlayışları, tolerantlığın tarixi təkamülü və müasir dünyada önəmi barədə  geniş məlumat verilib. Təlimçi - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədlinin təqdimatında baş tutmuş təlimlərdə Azərbaycan tolerantlıq modeli və multikultural cəmiyyətimizin formalaşması, bu sahədə dövlətin həyata keçirdiyi uğurlu siyasət,  qanunvericilik və  ənənələr haqqında verilən məlumatlar gənclərin bu sahədə bilik və bacarıqlarının artırılmasında unikal şans olmuşdur. Dünyada nadir dövlətlərdə mövcud olan tolerant mühitimiz və multikultural cəmiyyətimizin özəllikləri, mədəni dəyərlərimizin önəmi, tarixən başqa, özgə, yad olan dəyərlərə dözümlülük və hörmətimiz, müasir Azərbaycan tolerantlıq modeli və onun dünyaya nümunə olaraq təqdim edilməsinin əhəmiyyəti barədə gənclərdə daha mükəmməl təsəvvür yaradılması üçün təlim prosesi qarşılıqlı müzakirə və sual-cavab şəraitdə həyata keçirilmişdir. 10 iyun Xaçmaz  və 11 iyun Quba şəhərində ümumilikdə 110 nəfərə yaxın gəncin iştirakıyla baş tutmuş təlimlər uğurla həyata keçirilmişdir. 

Təlimlərdə yerli icra hakimiyyətlərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional şöbələrinin, Gənclər və idman idarələrinin, region QHT-lərin və KİV-lərin nümayəndələri iştirak etmişdir. Hər iki təlimin Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun bölgəyə ezam edilmiş nümayəndəsi tərəfindən monitorinqi həyata keçirilmişdr.  

 Region gənclərinə layihə çərçivəsində nəşr edilmiş "Azərbaycan Tolerantlıq Modeli" adlı maarifləndirici kitab paylanılmışdır.

Təlimlərin sonunda gənclərə iştirakçı sertifikatları təqdim olunmuşdur.

Sizin Reklam Yeriniz