Əlaqə Arxiv
news Image
2016.06.13
14:39
| A A A
Evlənmək istəyənlərdə dəhşətli xəstəliklər üzə çıxdı-7-i qadın olmaqla-Özəl

Aprel ayının 1-ə qədər nikaha daxil olmaq üçün tibbi müayinədən keçən vətəndaşların 21-də İİV-ə yoluxma halı aşkarlanıb. Bu barədə məlumatı Movqe.az-a açıqlamasında Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Epidemoloji Nəzarət və Proflaktika şöbəsinin müdiri Afət Nəzərli deyib. A. Nəzərlinin sözlərinə görə, həmin şəxslərdən 7-i qadın, 14-ü kişidir:"Onlardan 13-ü Respublika QİÇS-lə Mübarizə Mərkəzində əvvəlki illərdə qeydiyyatda olanlardır. İİV aşkarlananlardan 1-nəfəri Almaniya vətəndaşıdır. Ümumiyyətlə nikaha daxil olmaq üçün tibbi müayinədən keçərkən İİV aşkarlananlar 25-39 yaş arası vətəndaşlardır".

A. Nəzərli onu da bildirib ki, nikaha daxil olmaq üçün tibbi müayinə zamanı İİV-aşkarlananların əksəriyyəti əməkçi miqrantlardır: "İİV aşkarlanan əməkçi miqrantların əksəriyyəti Ukrayna, Rusiyada işləyənlər, iki nəfəri isə Özbəkistanda çalışan vətəndaşlarımızdır". 

Şöbə müdiri əvvəlki illərdə qeydiyyatda olan İİV-ə yoluxmuş xəstələrin heç birinin uşağında müayinələrin müsbət çıxmadığını bildirib. 

Sizin Reklam Yeriniz