news Image
2016.06.13
18:00
| A A A
Sabah 200 min şagird məktəbi bitirir

Sabah Azərbaycanda təxminən 90 min şagird orta məktəbi bitirəcək. 


Movqe.az-ın Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, iyunun 14-də ümumi təhsil müəssisələrinin IX siniflərini 110 min 222, XI siniflərini 88 min 591 şagird bitirir.


Növbəti 2016-2017-ci dərs ilində isə orta məktəblərin I siniflərinə 164 min 33 şagirdin qəbul olunacağı gözlənilir.


Bu il ilk dəfə olaraq Azərbaycanda dərs ili iyun ayında başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınacaq. 



Son zəngin tarixi açıqlandı


Nazirlər Kabineti dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi"nə hələ 2014-cü ildə dəyişiklik edib. Bu dəyişiklik bu ildən etibarən məktəblərə tətbiq olunub.


Dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq. Dərs ili iki yarımilə bölünüb, birinci yarımil sentyabrın 15-dən yanvarın 26-na kimi, ikinci yarımil fevralın 1-dən iyunun 14-nə kimi davam edəcək. 


Dərs ili ərzində tətillərin tarixi aşağıdakı kimidir:


Payız tətili - 16 noyabr-20 noyabr 


Qış tətili - 27 yanvar-31 yanvar


Bundan əlavə ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyənləşdirilib. Bu tətil mayın 1-dən 5-nə kimi müəyyən olunub. 


Təhsil Nazirliyindən verilən məlumata görə, bu müddət ərzində məktəbdə materialların tədrisi nisbətən asanlaşacaq. Bu da uşaqların xeyrinə olan bir məsələdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs