Əlaqə Arxiv
news Image
2016.06.14
09:52
| A A A
Bu gün son zəngdir

Bu gün Azərbaycanda "Son zəng" ilk dəfə olaraq yeni tarixdə keçirilir.


Movqe.az-ın məlumatına görə, indiyədək mayın 31-də qeyd edilən "Son zəng" cari ildən tərdis ilinin müddətinin iyunun 14-dək uzadılması ilə əlaqədar olaraq iyunun 14-də keçirilir.


Hər il olduğu kimi, bu il də "Son zəng" tədbirləri məktəb rəhbərləri tərəfindən şagirdlərin təhlükəsizliyi təmin olunmaqla bilavasitə ümumi təhsil məktəblərində təşkil edilir.


2015-2016-cı tədris ilində ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirəcək.


2016-2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164 033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Sizin Reklam Yeriniz