news Image
2016.06.14
10:22
| A A A
Bir zarafata görə meriya mühasirəyə alındı, küçələri bağladılar

ABŞ-ın Nyu-Mexiko ştatında polislər meriya binasını mühasirəyə alıb. Albukerke şəhərində silahlı şəxsin binada insanları girov götürdüyü bildirilib.


Movqe.az anspress-ə istinadən bildirir ki, 911 xilasetmə xidmətinə silahlı insident barədə məlumat daxil olub. Naməlum şəxs meriya binasını ələ keçirib, bir neçə sakini girov götürdüyü deyilib. Meriya binasından bir neçə dəfə atəş səsləri eşidilib.


Hadisə yerinə polis patrulları və xüsusi təyinatlı dəstələr cəlb olunaraq binanı mühasirəyə alıblar. Bütün ətraf küçələrdə hərəkət saxlanılıb.


Albukerke şəhər polisinin verdiyi məlumata görə, meriya binası tamamilə təxliyə olunur. Hal-hazırda binadan buraxılanların tək-tək yoxlanıldığı deyilib.


Polis rəsmilərinin dediyinə görə, girovların olmasını sübut edəcək heç bir fakta rast gəlinməyib. Silahlı şəxsin kim olduğu da məlum deyil. Onun binada gizlənməsi ehtimalı təkzib olunmur.


Xüsusi təyinatlılar axtarışı davam etdirdikdən sonra, Albukerke Polis Departamenti bunun telefon zarafatı olduğunu deyib.


Binadan həbs edilərək aparılan latın mənşəli şəxsin telefonla zəng vuraraq yalan məlumat verildiyi söylənilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs