news Image
2016.06.14
10:40
| A A A
BMT ali komissarı Cənubi Qafqazda məcburi köçkünlərin problemləri barədə unutmamağa çağırıb

 "Bu ilin aprelində Dağlıq Qarabağ münaqişəsi zonasında baş verən hərbi toqquşmalar zamanı beynəlxalq humanitar hüquq pozuntularının baş verməsi barədə ofisimizə məlumatlar daxil olub".

 

Movqe.az-ın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, bunu BMT-nin insan haqları üzrə ali komissarı Zeyd Raad əl Hüseyn dünən Cenevrədə işinə başlayan İnsan Haqları Şurasının 32-ci sessiyasında deyib.

 

Ali komissar çıxışında Cənubi Qafqazda məcburi köçkünlərin problemləri barədə unutmamağa çağırıb, habelə  toqquşmalar baş verən ərazilərdə insan haqları sahəsindəki problemlər barədə obyektiv informasiyalar toplanması ilə bağlı yardım təklif edib.

 

Zeyd Raad əl Hüseyn, həmçinin, Azərbaycanda bu yaxınlarda vətəndaş cəmiyyəti nümayəndələrinin və jurnalistlərin həbsdən azad edilməsini alqışlayıb. O, Azərbaycan hakimiyyətini vətəndaş cəmiyyətinin və ifadə azadlığının təmin edilməsinə yönəlik tamamlayıcı addımlar atmağa çağırıb.

 

Ali komissar bu kimi məsələlərin həlli üçün Azərbaycan hakimiyyəti ilə dialoqa hazır olduqlarının da bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs