Əlaqə Arxiv
news Image
2016.06.14
12:14
| A A A
Milli Məclisin növbədənkənar plenar iclası başlayıb

Bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində növbədənkənar plenar iclası başlayıb.Movqe.az-ın məlumatına görə, iclas Dövlət Himninin oxunması ilə açılıb. Gündəliyə 28 məsələ daxil edilib.Gündəlikdə "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanunun layihəsi (üçüncü oxunuş), "Elm haqqında" qanun layihəsi (üçüncü oxunuş), "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda dəyişikliklər edilməsi barədə, Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Vətəndaşların müraciətləri haqqında" 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi barədə, İnzibati Xətalar Məcəlləsində, "Hərbi qulluqçuların statusu haqqında", "Prokurorluq haqqında", "Ekoloji təmiz kənd təsərrüfatı haqqında", "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında", "Toxumçuluq haqqında", "Taxıl haqqında", "Çayçılıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Dövlət rüsumu haqqında", Vergi Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Notariat haqqında" və  "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri yer alıb. 

 

Gündəliyə "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında gömrük məsələlərində qarşılıqlı inzibati yardım haqqında" sazişlərin, "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında elektrik enerjisi satışı haqqında", "Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında" çərçivə sazişlərinin, "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi, Azərbaycan Respublikasında Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə  qanun layihələri də daxil edilib./apa/

Sizin Reklam Yeriniz