news Image
2016.06.14
13:17
| A A A
"Məzunların nəticələri 14 faiz yüksəlib" - Nazir

"Son üç tədris ili ərzində Azərbaycanın bütün ümumtəhsil məktəblərinin buraxılış imtahan nəticələrində dayanıqlı yüksək dinamikanın şahidiyik".

 

Movqe.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov rus bölməsi abituriyentlərinin iyunun 12-də keçirilmiş "Azərbaycan dili" fənni üzrə imtahanının nəticələri ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib.

 

Təhsil nazirinin sözlərinə görə, keçirilən imtahanların nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyinə təqdim edilir və nəticələr nazirlik tərəfindən təhlil edilir: "İyunun 12-də keçirilmiş imtahanda 500 abituriyentin "Azərbaycan dili" fənnindən  2 alması haqda  məlumat hələ Təhsil Nazirliyinə təqdim edilmədiyindən konkret şagird sayı ilə bağlı fikir bildirmək hələ çətindir. Qanunvericiliyə əsasən, həmin nəticələr Təhsil Nazirliyinə təqdim edilməlidir. Nəticələr təqdim edildikdən sonra Nazirlik bu suala cavab verə bilər".

 

"Son üç tədris ili ərzində  Azərbaycanın bütün ümumtəhsil məktəblərinin məzunlarının, xüsusilə  IX sinif üzrə şagirdlərin nəticələri 14 % yüksəlib və bu da kifayət qədər yüksək dinamikanın göstəricisidir. Həm şəhər, həm də bölgələr üzrə buraxılış imtahanlarının nəticələrinin təhlili bizə imkan verir ki, təhsil sistemimizdə  və tədrisimizdə yaşanan problemləri, uğurlu nəticələri daha aydın görək"- deyə, nazir əlavə edib

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs